İlk səhifə
Rayonumuz
Turizm
Ağstafalılar
Abidələrimiz
  Keşikçidağ qoruğu
Qəhrəmanlarımız
Bizə yazın



Azərbaycan Respublikası Prezidentinin 19.12.2007-ci il tarixli 2363 saylı sərəncamına əsasən Ağstafa rayonunun ərazisində yerləşən Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu elan edilmişdir.Həmin sərəncamın 30-cü bəndinə əsasən Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyinin tabeliyinə verilmişdir. Ağstafa Rayonu İcra Hakimiyyəti tərəfindən qoruğun fəaliyyət göstərməsi üçün Ağstafa şəhərinin mərkəzində Mənzil İstismar Sahəsinin balansında olan binada 3 otaq ayrılmışdır.
"Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunda geniş araşdırmalara ehtiyac var. Ötən ilin yay və payız aylarında aparılan araşdırmalar zamanı məlum olub ki, ilkin orta əsrlərə aid olan keşikli qala müdafiə məqsədilə tikilməklə yanaşı, bura qədim alban yaşayış məskəni olub. Eyni zamanda, təbii mağaraların 2 min illik yaşı olduğu və sözügedən ərazilərdə yerləşən süni mağaraların isə 8-15-ci əsrlərə təsadüf etdiyi məlum olub. Keşikçidağ mağaralar kompleksindən ibarət Keşikçidağ Dövlət Tarix və Mədəniyyət Qoruğunda 70-ə qədər mağara, 1 qala, 1 məbəd, 1 inanc yeri yerləşir, Ağstafa rayonunun mərkəzindən 75 kilometr məsafədə, rayonunun sonuncu yaşayış məntəqəsındən Böyük-Kəsik kəndindən 28 kilometr uzaqda yerləşən qoruqdakı abidələr uzun müddət araşdırılmamış qalıb. Dəniz səviyyəsindən 850 metrlik hündürlükdə Gürcüstanla sərhəddə yerləşən bu abidələr kompleksində qoruq yarandıqdan sonra Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası iki dəfə burada araşdırma aparıb.
Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyevin dediklərinə əsasən, burada əldə edilən nəticələr böyük maraq doğurub. Belə ki, onun sözlərinə görə, ötən ilin yay və payız aylarında təşkil olunan ekspedisiyalar zamanı mağaraların birində üç ədəd qəbirin olduğu aşkarlanıb: "Hazırda abidənin araşdırılması istiqamətində işlər aparılır. Keşikçidağ Dövlət Tarix Mədəniyyət qoruğu ərazisində uzun müddət - bir əsrdən çox hərbi poliqon yerləşib. Ora həmişə qapalı bir yer olub və indiyədək alimlərimiz tərəfindən araşdırılmayıb, heç bir qazıntı işləri aparılmayıb. Yaxın gələcəkdə qoruq ərazisindəki abidələrdə təmir və bərpa işlərinin aparılması nəzərdə tutulub. Belə uzun mağaralar kompleksinin Azərbaycan ərazisində olması buranın unikal fakt olduğunu sübut etdi. Elə bu baxımdan burada turistlər üçün muzeyin də təşkili nəzərdə tutulub. Eyni zamanda, qoruqda tapılan nadir ilkin yaşayış məskəninin izləri, ocaq yerləri, məişət əşyaları, küp qırıqları, saxsı qablar oradakı mağaraların birində saxlanılır. Hazırda bizim fikrimiz var ki, mağaranı qoruqda bir muzey kimi yaradaq və gələcək nəsillərə, turistlərə təqdim edək".
Məlumat üçün bildirək ki, qoruq rəhbərliyi tərəfindən yerli icra hakimiyyətinə məktəblilərin bu abidələr kompleksinə ekskursiyasının təşkil olunması barədə müraciət olunub. Bundan başqa, yaxın zamanda Keşikçidağ qoruğunun rəsmi internet saytının yaradılması, onun haqqında bukletlərin hazırlanıb digər rayonların mədəniyyət və turizm şobələrinə paylanması və bölgəyə turizm marşrutunun təşkil edilməsi də planlaşdırılıb.
«Keşikçidağ Dövlət Tarix Mədəniyyət qoruğu ərazisində uzun müddət - bir əsrdən çox hərbi poliqon yerləşib. Ora həmişə qapalı bir yer olub və indiyədək alimlərimiz tərəfindən araşdırılmayıb, heç bir qazıntı işləri aparılmayıb».
Yaxın gələcəkdə qoruq ərazisindəki abidələrdə təmir və bərpa işlərinin aparılmasının nəzərdə tutulduğunu deyən qoruğun direktoru belə uzun mağaralar kompleksinin Azərbaycan ərazisində unikal fakt olduğunu sübut etdi. Elə bu baxımdan burada turistlər üçün muzeyin də təşkili nəzərdə tutulub.
"Qoruqda tapılan nadir ilkin yaşayış məskəninin izləri, ocaq yerləri, məişət əşyaları, küp qırıqları, saxsı qablar oradakı mağaraların birində saxlanır. İndi bizim fikrimiz var ki, mağaranı qoruqda bir muzey kimi yaradaq və gələcək nəsillərə, turistlərə təqdim edək."
Qoruq rəhbərliyi tərəfindən yerli icra hakimiyyətinə məktəblilərin bu abidələr kompleksinə ekskursiya təşkil olunması barədə müraciət də olunub. Bundan başqa yaxın zamanda Keşikçidağ qoruğunun rəsmi internet saytının yaradılması, onun haqqında bukletlərin hazırlanıb digər rayonların mədəniyyət və turizm şöbələrinə paylanması və bölgəyə turzm marşrutunun təşkili də planlaşdırılıb.