Ağstafa
rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1990-cı ilin
oktyabr ayında təşkil olunub.
Fəaliyyətə başladığı vaxt MKS-nin tərkibində Mərkəzi Kitabxana,
40 şəhər və kənd kitabxana-filialı fəaliyyət göstərib.
Hazırda MKS özündə 1 Mərkəzi Kitabxana, 1 uşaq kitabxanası,
3 şəhər, 1 qəsəbə və 43 kənd kitabxana-filialını birləşdirir.
2010-cu ilin nəticəsinə görə Ağstafa rayon MKS üzrə ümumi kitab fondu 387629 nüsxə təşkil
edir ki, bunun da 58967 nüsxəsi şəhər,9605 nüsxəsi uşaq, 319047 nüsxəsi isə kənd kitabxana-filiallarının
payına düşür.MKS üzrə oxucu sayı 38043 nəfər, kitab verilişi
761249 nüsxədir.
Ağstafa
rayon MKS-də 5 şöbə fəaliyyət göstərir:
1. Komplektləşdirmə və kitabişləmə şöbəsi.
2. Xidmət şöbəsi.
3. Metodiki şöbə.
4. Məlumat-biblioqrafiya şöbəsi.
5. Kitabxanalararası abonement (mübadilə ) şöbəsi.
MKS-də 113 nəfər işçi çalışır ki, bunların da 13 nəfəri ali
ixtisas təhsilli, 16 nəfəri qeyri ali təhsilli, 50 nəfəri orta
ixtisas təhsilli, 24 nəfəri qeyri orta ixtisas və ümumi orta
təhsilli kitabxanaçılar, 9 nəfəri isə texniki işçilərdir.
|
|