Ağstafa rayonu tarixən özünün qəhrəman , vətənpərvər oğul və
qızları ilə fəxr etmişdir.
Böyük Vətən Müharibəsində bir nəfər ağstafalı - Müseyib Allahverdiyev
Sovet İttifaqı Qəhrəmanı adını almış, Dağlıq Qarabağ uğrunda
döyüşlərdə və Azərbaycanın suıverenliyi, müstəqilliyi uğrunda
mübarizədə yüzlərlə ağstafalı mərdliklə döyüşmüş, 167 nəfəri
şəhid olmuşdur.
Şəhid olanların 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülmüşdür.
Milli
Qəhrəmanlarımız:
1. Alıcanov
Rafiq Cəfər oğlu.
2. Babayev Əjdər Xalıqverdi oğlu.
3. Həsənov İlham Gülbala oğlu
4. Qədimalıyev Arif Massiv oğlu.
5. Qurbanov Novruz Əliyulla oğlu.
Ermənilərin
Azərbaycan torpaqlarına iddiası nəticəsində nəinki döyüşən
oğul və qızlarımız, hətta dinc sakinlər belə qətlə yetirilmişlər.
Bunlardan biri də kitabxanaçı - şəhid Tünzalə Abbasovadır.
Abbasova Tünzalə Qurban qızı 1961-cı ildə Ağstafa rayonunun
Ermənistanla sərhəd kəndi olan Köhnəqışlaq kəndində anadan
olmuşdur. 1985-ci ildə ADU-nin «Kitabxanaçılıq» fakultəsini
bitirərək təyinatla Qazax rayon MKS-ə işə göndərilmiş, elə
həmin ildən Qazax rayon MKS-nin Ağsiafa şəhər kitabxana-filialında
kitabxanaçı kimi işə başlamışdır.
1990-cı ildə Ağstafa rayon MKS təşkil olunduqdan sonra Mərkəzi
kitabxananın «Xidmət» şöbəsinin müdiri vəzifəsində işləmişdir.
Tünzalə Abbasova
özünün işi və bacarığı ilə daim fərqlənmiş, MKS-nin və rayonun
ictimai həyatında fəal iştirak etmişdir.
Vətənini, onun bir parçası olan doğma kəndini sevən Tünzalə
xanım elə kəndlərində, öz həyətlərindəcə mənfur ermənilər
tərəfindən snayper silahı ilə öldürülmüş və ona Şəhid adı
vıerilmişdir (2001-ci il).