KOMPLEKTLƏŞDİRMƏ
VƏ KİTABİŞLƏMƏ ŞÖBƏSİ
Komplektləşdirmə
və kitabişləmə şöbəsi MKS-ə daxil olan kitabxana-filialların
fondlarının komplektləşdirilməsi ilə məşğul olur. Şöbə MKS-nin
kitab fondunu Respublika Kitabxana Kollektoru, müəllif və
oxucu hədiyyələri hesabına komplektləşdirir.
Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il
tarixli, 56 saylı sərəncamına əsasən çap olunmuş kitablardan
49140 nüsxəsi Ağstafa rayon MKS-ə hədiyyə edilmiş və həmin
kitablar şöbə tərəfindən vaxtlı-vaxtında kitabxana qaydası
ilə işlənib kitabxana-filiallara çatdırılaraq oxucuların istifadəsinə
verilmişdir.
Komplektləşdirmə və kitabişləmə şöbəsində 5 nəfər kitabxanaçı
işləyir ki, onların da 1 nəfəri ali ixtisas təhsilli, 3 nəfəri
qeyri ali təhsilli, 1 nəfəri isə uzun müddət bu sahədə işləmiş
ümumi orta təhsilli kadrlardır.
XİDMƏT ŞÖBƏSİ
MKS-nin Xidmət
şöbəsi abonement və oxu zalından ibarətdir. Şöbənin kitab
fondu 11045 nüsxə təşkil edir.Şöbədə il ərzində
1925
nəfər oxucuya xidmət göstərilir.
Xidmət şöbəsi həm də MKS-ə daxil olan kitabxana-filiallar
üçün metodik mərkəz rolunu daşıyır. Şöbədə müntəzəm olaraq
milli bayramlara, əlamətdar və tarixi günlərə, şair və yazıçıların
yubileylərinə həsr edilmiş müxtəlif məzmunlu kütləvi tədbirlər,
o cümlədən ədəbi-bədii gecələr, oxucu konfransları, kitab
müzakirələri, kitab təqdimatları, görüşlər, söhbətlər və s.
maraqlı tədbirlər keçirilir. Keçirilən hər bir tədbirdə bütün
oxucu qruplarının iştirakı təmin edlir.
Xidmət şöbəsində 3 nəfər kitabxanaçı çalışır ki, onların da
bir nəfəri ali ixtisas təhsilli, bir nəfəri qeyri ali təhsillli,
bir nəfəri isə orta ixtisas təhsillidir.
METODİKİ ŞÖBƏ
Metodiki şöbə MKS-nin aparıcı şöbələrindən biridir. Şöbənin
əsas vəzifəsi MKS-nin bütün bölmələrinə, həmçinin hər bir
kitabxana-filialına metodiki rəhbərlik etmək, hər bir kitabxanada
kitabxana işi sahəsində mövcud olan yeni forma və metodların
tətbiqinə , kitabxana-filialların fəaliyyətinin təşkilinə,
qabaqcıl iş təcrübəsinin aşkar edilərək ümumiləşdərməsinə
və tətbiq edilməsinə, kadrların ixtisasının artırılmasına
kömək etməkdən ibakrətdir.
MKS-nin Metodiki şöbəsinin metodistləri tərəfindən bir qayda
olaraq kitabxana işçilərinin seminar müşavirələrində kiabxana
işinin təşkilinə, müxtəlif formalı kütləvi tədbirlərin keçirilməsinə,
kataloq və kartoteka sisteminin təşkilinə və s. məsələlərə
dair metodiki tövsiyələr verilir.
Metodiki şöbədə müntəzəm olaraq əlamətdar və tarixi günlər,
şair və yazıçıların yubileyləri münasibətilə metoidiki məktub
və vəsaitlər hazırlanaraq kitabxana-filiallara paylanılır.
MKS- nin Metodiki şöbəsi tərəfindən rayonun məktəb kitabxanalarına
da metodiki köməklik göstərilir.
Şöbədə 5 nəfər metodist işləyir ki, onların da 1 nəfəri ali
ixtisas təhsilli, 1 nəfəri qeyri ali təhsilli, 3 nəfəri isə
orta ixtisas təhsilli kadrlardır.
MƏLUMAT-BİBLİOQRAFİYA
ŞÖBƏSİ
Məlumat-biblioqrafiya şöbəsi bütün sistemin oxucularına biblioqrafik
xidməti təşkil edir. Şöbə tərəfindən soraq –biblioqrafiya
aparatının təşkili və redaktə olunmasında kitabxana-filiallara
köməklik göstərilir.
Məlumat-biblioqrafiya şöbəsi tərəfindən MKS-nin toplu kataloqu,
Mərkəzi Kitabxana, həmçinin kitabxana-filimalların əlifba
və sistemli kataloqları təşkil və redaktə edilir. Şöbənin
əməkdaşları tərəfindən Mərkəzi Kitabxanada «Qanunlar.Sərəncamlar.Fərmanlar»,
«Azərbaycan tarixi», «Heydər Əliyev», «Diyarşünaslıq» və «Şəxsi
kartoteka» adlı kartotekalar tərtib edilmişdir.
Məlumat-biblioqrafiya şöbəsində bir qayda olaraq «Yeni kitabların
bülleteni», yubileyləri keçirilən görkəmli şəxsiyyətlərə,
şair və yazıçılara həsr edilmiş biblioqrafik göstəricilər,
tövsiyə siyahıları tərtib edilir.
Şöbədə 4 nəfər kitabxanaçı çalışır ki, onların da 1 nəfəri
ali ixtisas təhsilli, 1 nəfəri qeyri ali təhsilli, 1 nəfəri
orta ixtisas təhsilli,1 nəfəri isə qeyri orta ixtisas təhsillidir.
KİTABXANALARARASI ABONEMENT ŞÖBƏSİ
Kitabxanalararası
abonement şöbəsi MKS-nin Mərkəzi Kitabxana və ya hər hansı
bir kitabxana-filialında lazım olan nəşrlər olmadığı halda
oxucuların sorğularını ödəmək məqsədilə digər kitabxanaların
fondlarındakı çap məhsullarından və başqa materiallardan istifadə
edir.
Şöbədə 2 nəfər kitabxanaçı çalışır. Onlardan 1 nəfəri qeyri
ali təhsilli, 1 nəfəri isə orta ixtisas təhsillidir.